Lavrov: Ukrayna ilə danışıqların bərpası hazırda gündəmdə deyil
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesinə dair açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
Hazırkı mərhələdə Ukrayna ilə danışıqların bərpası Moskvanın əsas prioritetləri sırasında yer almır.
Lavrov eyni zamanda qeyd edib ki, Rusiya heç vaxt heç bir tərəfi danışıqlara məcbur etməyib və prosesin yalnız qarşılıqlı razılaşma əsasında mümkün ola biləcəyini vurğulayıb.
17:35 18.04.2026
Oxunuş sayı: 40