İran: Boğazda blokada olmayıb və olmayacaq
İran rəsmiləri bəyan ediblər ki, ölkəyə məxsus strateji boğazda indiyədək heç vaxt blokada tətbiq olunmayıb və gələcəkdə də belə bir addımın atılması nəzərdə tutulmur.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
Hörmüz boğazı İranın ərazi sularına daxildir və onun təhlükəsizliyinə və nəzarətinə Tehran məsuliyyət daşıyır. Rəsmilərin sözlərinə görə, ticarət gəmiləri beynəlxalq qaydalara uyğun şəkildə həmin su yolundan İranın nəzarəti altında sərbəst keçid edə bilir.
Bildirilib ki, regionda dəniz nəqliyyatının təhlükəsizliyi və sabit axının təmin olunması İran üçün prioritet istiqamətlərdən biridir.
17:20 18.04.2026
Oxunuş sayı: 46