Cövdət Yılmaz: Azərbaycan–Ermənistan sülhü qlobal əhəmiyyət daşıyır
Ermənistanla Azərbaycan arasında əldə edilən sülhün təkcə Cənubi Qafqaza deyil, həm də bütövlükdə regiona və qlobal miqyasda əhəmiyyətli töhfə verəcəyi bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz danışıb.
O, mövcud müsbət siyasi atmosferdən tam şəkildə istifadə etməyin vacib olduğunu qeyd edib.
"Ümid edirik ki, son mərhələlər başa çatacaq və hamımız bu sülhün davamlı şəkildə həyata keçirildiyini görəcəyik. Artıq müəyyən bir siyasi atmosfer yaranıb. Cənubi Qafqazda tam sülhlə tamamilə yeni bir atmosfer yaranacaq. Bundan hər kəs faydalanacaq. Qarabağ artıq Azərbaycanın bir hissəsi olaraq bərpa olunur. Bu istiqamətdə böyük investisiyalar qoyulub və çoxlu iş görülüb. Bu, hamımız üçün vacibdir və proses davam edir. Artıq əhəmiyyətli irəliləyiş əldə edilib. Türkiyə, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz bölgəsi bundan faydalanacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edir. Sülhün bərqərar olması ilə Azərbaycanla Türkiyə arasında əlaqələr daha da güclənəcək. Eyni zamanda, Avropa ilə Asiya arasında əlaqələr güclənəcək", - deyə, o , bildirib. (APA)
17:05 18.04.2026
Oxunuş sayı: 49