Media: Krımda Rusiya hərbi gəmilərinə hücum edildiyi iddia olunur
Ukrayna Təhlükəsizlik Xidməti Security Service of Ukraine (SBU) tərəfindən işğal olunmuş Krım ərazisində “uğurlu əməliyyat” keçirildiyi barədə məlumat yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, əməliyyat nəticəsində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə hərbi hədəf vurulub.
Onların arasında:
“Yamal” və “Azov” adlı böyük desant gəmiləri,
Naməlum tipli daha bir hərbi gəmi,
Əvvəldən zədələndiyi iddia edilən “Qraçonok” sinifli patrul qayığı.
Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
16:20 18.04.2026
Oxunuş sayı: 49