Lavrov: Qərb Ukraynanı qlobal təhlükəyə çevirir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu çərçivəsində çıxış edərək bildirib ki, Qərb Ukraynanı qlobal təhlükə mənbəyinə çevirməyə çalışır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu, tarixdə Avropadan bəşəriyyət üçün təhlükənin üçüncü dəfə qaynaqlandığı haldır.
Moskvanın xəbərdarlıqlarına baxmayaraq, Qərb Ukraynaya dəstəyini genişləndirir, o cümlədən hava məkanı və dron imkanları ilə bağlı yeni qırmızı xətləri keçir. Lavrov vurğulayıb ki, ruslara xas olan səbrin də bir həddi var və bu səbr sonda tükənə bilər.
O, həmçinin Avropa İttifaqı rəsmisi Kaya Kallasın Rusiyanın son 100 ildə müxtəlif ölkələrə 19 dəfə hücum etdiyi ilə bağlı iddiasına toxunaraq bildirib ki, Avropada belə fikirlər səsləndirən siyasətçilər mövcuddur və Avropa xalqlarının onların fəaliyyətini düzgün qiymətləndirəcəyinə ümid edir.
Lavrov əlavə edib ki, ABŞ-nin İrana qarşı əməliyyatlarının əsas məqsədlərindən biri enerji resurslarına, xüsusilə neftə nəzarət olub.
16:05 18.04.2026
Oxunuş sayı: 60