İran rəsmisi Trampın açıqlamalarına sərt cavab verib
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın açıqlamalarını tənqid edərək onun reallıq əvəzinə xəyallardan danışdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Hörmüz boğazı üzərində tətbiq edilən sərtləşdirmə ABŞ-nin öhdəlikləri pozmasına cavab olaraq həyata keçirilib.
Əzizi qeyd edib ki, ABŞ-nin öhdəlik pozmaq siyasəti uzun illərdir Vaşinqtonun xarici siyasət xəttinin əsas xüsusiyyətlərindən biridir və İran buna qarşı strateji və ölçülü cavablar verməyə hazırdır.
O həmçinin iddia edib ki, Tramp sosial şəbəkələr və mediada İran rəsmiləri ilə əlaqə barədə əsassız məlumatlar yayaraq ictimai rəyi manipulyasiya etməyə çalışır.
15:47 18.04.2026
Oxunuş sayı: 50