Amsterdam şəhər mərkəzində ölkənin kəşfiyyat orqanları yüksək təhlükəsizlik siqnalı veriblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi kürdlərin Suriyada baş verən qətliamlara qarşı kütləvi etiraz aksiyaları hazırlaması ehtimalı göstərilir.
Məlumata görə, şəhərin mərkəzi hissələrində polis və təhlükəsizlik qüvvələrinin sayı artırılıb, vəziyyət nəzarətə götürülüb. Rəsmilər mümkün etirazların ictimai təhlükəsizliyə risk yaratmaması üçün qabaqlayıcı tədbirlərin görüldüyünü bildiriblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.