ABŞ rəsmisi Azərbaycana niyə gəlir? - Səbəb bu imiş
ABŞ Prezidenti Donald Tramp administrasiyası sülh razılaşmasını möhkəmləndirmək məqsədilə vitse-prezident Di Cey Vensi Cənubi Qafqaza göndərməyə hazırlaşır.
Crossmedia.az The Kyiv Post-a istinadən xəbər verir ki, Ağ Ev Gürcüstanın prosesdən kənarda qalması fonunda regionda xarici siyasət baxımından simvolik bir uğur əldə etməyə ümid edir.
Qeyd olunur ki, Cənubi Qafqaz adətən ABŞ diplomatik gündəliyində prioritet mövqe tutmur. Lakin gələn ay bu region Trampın irəli sürdüyü yeni sülh təşəbbüsünün sınaq meydanına çevrilə bilər.
The Kyiv Post-un təhlilinə görə, Vaşinqton bu addımla həm regional balansı təsirləndirməyi, həm də beynəlxalq arenada diplomatik nəticə nümayiş etdirməyi hədəfləyir.
13:24 24.01.2026
Oxunuş sayı: 557