ABŞ Xameneyiyə qarşı Venesuela ssenarisini işə sala bilər?
İranın ali rəhbəri Əli Xameneyinin Qum əyalətindəki nümayəndəsi Məhəmməd Səidi bildirib ki, ABŞ İran rəhbərliyinə qarşı Venesuelada tətbiq edilənə bənzər plan qura bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İran rəhbərliyinə yönələcək istənilən addım genişmiqyaslı regional reaksiyaya səbəb ola bilər. Səidi vurğulayıb ki, Tehran hər hansı təcavüzə bütün regionu əhatə edən cavab verməyə hazırdır.
Rəsmi açıqlamada qeyd olunub ki, İran tərəfi mümkün ssenariləri diqqətlə izləyir və ölkənin təhlükəsizliyi ilə bağlı bütün variantları nəzərdən keçirir.
11:34 24.01.2026
Oxunuş sayı: 426