ABŞ Prezidenti Donald Tramp İranda son etirazların yatırılması zamanı həlak olanların sayı ilə bağlı “etibarlı statistika” sualını cavablandırarkən dəqiq rəqəmi bilmədiyini bildirib, lakin “çoxlu sayda insanın öldürüldüyünü” vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ prezidenti qeyd edib ki, hazırda heç kimin real saydan xəbərdar olmadığını düşünür:
“Onlar çoxlu sayda insan öldürdülər və… dəqiq neçə nəfərin öldürüldüyünü biləcəyik”, – deyə Tramp bildirib.
O, mənbə göstərmədən 20 min rəqəmini də dilə gətirərək, “çoxlu sayda” ilə 20 min arasında böyük fərq olduğunu vurğulayıb.