İran ABŞ-nin istənilən zərbəsini müharibənin başlanğıcı sayacaq
İranın yüksək rütbəli rəsmisi bildirib ki, Tehran miqyasından asılı olmayaraq ABŞ tərəfindən endiriləcək istənilən hərbi zərbəni hərtərəfli müharibənin başlanğıcı kimi qiymətləndirəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmisinin sözlərinə görə, İranın silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və ölkə rəhbərliyi ən pis ssenariyə hazırlaşır. O qeyd edib ki, mümkün eskalasiya halında Tehran adekvat və genişmiqyaslı cavab vermək imkanına malikdir.
11:10 24.01.2026
Oxunuş sayı: 593