Əbu-Dabidə keçirilən görüşdə Rusiya nümayəndə heyətinə Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi, admiral İqor Kostyukov rəhbərlik edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kostyukov Böyük Britaniyada Sergey Skripalın zəhərlənməsi, müxalif siyasətçi Aleksey Navalnıın zəhərlənməsi, eləcə də Avropada müxtəlif təxribat aktları, kəmərlərin partladılması, kiberhücumlar və digər kəşfiyyat əməliyyatlarının əsas təşkilatçılarından biri hesab olunur.
Qeyd olunur ki, kəşfiyyat keçmişinə malik olan Kostyukov postsovet məkanında kəşfiyyata rəhbərlik edən yeganə dənizçi kimi tanınır. O, eyni zamanda Ukrayna kəşfiyyatı ilə əsir mübadiləsi və digər danışıqlarda iştirak edib və Kreml tərəfindən yüksək etimada malik şəxs sayılır.