BMT-dən ŞOK İDDİA: İranda ölənlərin sayı 20 mini keçə bilər
BMT-nin məlumatına görə, İran İslam Respublikasında son etirazlara qarşı həyata keçirilən repressiyalar nəticəsində ölənlərin real sayı 20 mini ötə bilər.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Hazırda İrandan kənarda fəaliyyət göstərən insan haqları təşkilatları, o cümlədən HRANA, son etiraz dalğasında təxminən 5 min ölüm faktını təsdiqləyib.
Lakin Bloomberg-in yazdığına görə, BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato yanvar ayında baş verən kütləvi etirazlar zamanı həlak olanların sayının 20 mindən çox ola biləcəyini istisna etmir.
Məlumatda qeyd olunur ki, İranın Ali Milli Təhlükəsizlik Şurası ölkə daxilində qəzet və onlayn media qurumlarının rəhbərlərinə etirazlar zamanı ölənlərin sayı ilə bağlı müstəqil məlumatlar dərc etməməyi, yalnız dövlət qurumlarının açıqladığı rəsmi statistikaya istinad etməyi tapşırıb.
09:36 24.01.2026
Oxunuş sayı: 570