ABŞ İrana qarşı yeni sanksiyaların anonsunu verdi
ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz şəxs və doqquz neft tankerinin adını əlavə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Hindistan, Liberiya, BƏƏ, Oman, Seyşel adaları və Marşal adalarında qeydiyyatdan keçmiş 8 neft, qaz və nəqliyyat şirkətinə sanksiyalar tətbiq edilib.
ABŞ Maliyyə Nazirliyi eləcə də ümumi lisenziya verib.
Bu lisenziyaya əsasən, 22 fevral tarixinə qədər məhdudiyyətlərə məruz qalan neft tankerlərinin Venesuela, İran və Rusiya limanları istisna olmaqla, istənilən limanlara daxil olmasına və orada dayanmasına icazə verilir.
00:06 24.01.2026
Oxunuş sayı: 396