COP32 Azərbaycan–Efiopiya əməkdaşlığı üçün yeni mərhələ
Efiopiyanın 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibliyi etməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi və iqlim gündəliyi üzrə əməkdaşlığın genişlənməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Crossmedia.az xəbər verir ki, Efiopiyanın 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Bu barədə Efiopiyanın Ankarada rezidensiyası olan Azərbaycanın akkreditə olunmuş səfiri Adem Məhəmməd Mahmud bildirib.
Diplomat qeyd edib ki, COP32 Azərbaycanla əməkdaşlıq baxımından geniş imkanlar təqdim edir.
“Azərbaycan COP29-u uğurla təşkil edərək güclü institusional potensialını nümayiş etdirdi. Efiopiya da COP29-da fəal iştirak edib və dəyərli təcrübə qazanıb. Ümid edirik ki, Azərbaycan COP32-də ən yüksək səviyyədə iştirak edəcək və öz təcrübəsini bizimlə bölüşəcək. Efiopiya beynəlxalq konfransların təşkili sahəsində əhəmiyyətli təcrübəyə malikdir və COP32-yə hazırlığın əsas istiqamətlərindən biri olacaq ‘Yaşıl irs təşəbbüsü’nə sadiqdir”, – deyə səfir vurğulayıb.
Zeynəb Xuduyeva
19:10 27.12.2025
Oxunuş sayı: 1133