Moskva hava limanında Gəncəyə uçan reys 3,5 saatdır gecikir
Rusiyanın Moskva şəhərində yerləşən Domodedovo hava limanında Gəncəyə uçmalı olan sərnişinlər artıq 3,5 saatdır reysin həyata keçirilməsini gözləyirlər.
Crossmedia.az xəbər verir ki, “Ural Hava Yolları”na məxsus U62411 saylı reysin sərnişinlərinin “Ostorojno, Moskva”ya verdiyi məlumata görə, təyyarə səhər saat 10:00-dan etibarən hələ də uçuşa hazır deyil. Reysin uçuş vaxtı hər 30 dəqiqədən bir təxirə salınır.
Sərnişinlərin sözlərinə görə, nə hava limanı rəhbərliyi, nə də aviaşirkət nümayəndələri gecikmənin səbəbi ilə bağlı hər hansı rəsmi açıqlama vermir.
“Hazırda yenə gözləyirik. Gecikmənin səbəbini demirlər. Əgər təyyarə səhər saat 10:00-dan hələ də hazır deyilsə, bu, narahatlıq doğurur. Saat 13:30-da uçuş vəd olunmuşdu, amma yəqin ki, yenə təxirə salınacaq. Əgər təyyarədə texniki problem varsa, uçmaq qorxuludur”, – deyə sərnişinlərdən biri bildirib.
Qeyd edək ki, hazırda reysin taleyi ilə bağlı rəsmi açıqlama verilməyib.
Fatimə Məmmədova
16:21 27.12.2025
Oxunuş sayı: 1682