Deputat Rafael Hüseynova töhmət verildi
VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyası millət vəkili Rafael Hüseynova töhmət verib.
Crossmedia.az xəbər verir ki, bu gün keçirilən iclasda deputatın Milli Məclisdə dil strategiyası ilə bağlı konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsi ilə bağlı daxil olan şikayətlər müzakirə olunub.
MNTK bildirib ki, hadisə siyasi və etik baxımdan yolverilməzdir və partiyanın nüfuzuna xələl gətirir.
Komissiya Nizamnamənin 9.2-ci maddəsinə əsasən Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib.
18:31 11.12.2025
Oxunuş sayı: 1081