Azərbaycan-İran ticarət əlaqələrinin genişlənməsi müzakirə olunub
İki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını müzakirə etdik.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
“İqtisadi komissiyaların işi təqdir edilir. Ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, 2025-ci ildə isə 520 milyon dollar olub. Bu iki ölkənin potensialına uyğun deyil, bu həcmin artırılması barədə fikir mübadiləsi apardıq”, - deyə o bildirib. (Apa)
13:35 08.12.2025
Oxunuş sayı: 1074