Anar: İngilis dilindən hər sözü lüğətimizə daxil edə bilmərik
"Azərbaycanda bütün dükanlar niyə "market" adlandırılmalıdır?"
Crossmedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
O bildirib ki, bunu turistlərlə əlaqələndirmək doğru deyil:
"Məgər, turist bunu ayırd edə bilmir? Turist bu qədərmi kütdür ki, qarpız-yemişi digər satış məntəqələrindən ayıra bilməsin? Niyə mütləq market olmalıdır? Bu kimi sözlər televiziya və radio vasitəsilə dilimizə daxil olur. Yəni bütün bu misallardan başqa, rus dilindən biz cəmi 6-7 söz - kolxoz, komsomol və s. almışdıq. Həmçinin ingilis dilindən nə qədər artıq sözlər keçib. Bunların qarşısını almalıyıq. Düzdür, beynəlxalq terminlər var, amma ingilis dilindən də hər sözü lüğətimizə daxil edə bilmərik".
12:48 08.12.2025
Oxunuş sayı: 979