MakKinninin Bakı səfəri ABŞ–Azərbaycan müdafiə əməkdaşlığını gücləndirib
ABŞ-nin Azərbaycandakı səfirliyi bu ölkənin Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkininin Azərbaycana səfəri ilə bağlı yekun paylaşım edib.
Crossmedia.az-ın məlumatına görə, paylaşımda qeyd olunub ki, səfər çərçivəsində general-mayor MakKinni müdafiə və fövqəladə hallar nazirliklərində görüşlər keçirib.
Görüşlər zamanı hər iki nazirliyin nüvə, radioloji, kimyəvi, və bioloji təhlükələr üzrə mübarizə bölmələri ilə müzakirələr aparıb və Şəhidlər xiyabanını ziyarət edərək ehtiramını bildirib.
Paylaşımda vurğulanıb ki, MakKinin səfəri Amerika Birləşmiş Ştatları və Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi və Azərbaycanın, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə dair ortaq maraqları vurğuladı.
12:10 08.12.2025
Oxunuş sayı: 1014