Elmar Məmmədyarov Minsk Qrupunun ləğvi barədə: "Gözlənilir ki..."
Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında ATƏT-in Minsk Qrupunun ləğvindən danışıb.
O, deyib: "Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında ATƏT-in Minsk qrupu və onunla əlaqəli qurumların bağlanması ilə bağlı qərar qəbul etdik. Bu sülhə sülh prosesini dəstəkləyən həyati addım idi və ATƏT-in büdcəsinin qəbulunda əsas maneənin aradan qaldırılması idi”.
Minsk Qrupunun ləğvinin Bakı ilə İrəvan arasında normallaşma prosesinin inkişafına təsiri barədə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a danışıb: “ATƏT-in Minsk qrupu artıq ləğv edilib. İndi gözlənilir ki, Ermənistan hökuməti konstitusiyanı dəyişdirsin və bundan sonra sülh müqaviləsinin imzalanması mümkün olsun. Minsk qrupunun həmsədrləri isə artıq tarixə çevriliblər".
Sevinc Sultanlı
14:12 04.12.2025
Oxunuş sayı: 2562