Milli Məclis 2026 büdcəsini ikinci oxunuşda təsdiqlədi - YENİLƏNİB
Milli Məclis "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Crossmedia.az xəbər verir ki, parlamentin bugünkü plenar iclaslarında layihə müzakirə edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
11:13
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Crossmedia.az xəbər verir ki, iclasın gündəliyinə 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi daxil edilib.
İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
15:32 02.12.2025
Oxunuş sayı: 1230