Dövlətə xəyanətdə ittiham olunan Mehdiyevin oğlu vəzifəsindən azad edilib
Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teymur Mehdiyevin vəzifəsindən azad olunmasını təsdiqləyiblər.
Qeyd edək ki, Teymur Mehdiyev dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin oğludur.
16:04 01.12.2025
Oxunuş sayı: 1989