Vardan Qukasyana iki aylıq həbs-qətimkan tədbiri seçilib

Ermənistanda Gümrü meriyası qarşısında dünən keçirilən etiraz aksiyasının 33 iştirakçısı saxlanılıb, Vardan Qukasyanın özünə isə iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Crossmedia.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, vətəndaşlar kütləvi iğtişaşlar və ədalət mühakiməsinə maneçilik işi ilə əlaqədar saxlanılıblar.
Gümrü sakinləri dünən mer Vardan Qukasyanın həbsinin qarşısını almaq üçün toplaşıblar.
12:30 21.10.2025
Oxunuş sayı: 984