Aİ səfirləri dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı razılığa gəliblər

Aİ (Avropa İttifaqı) səfirləri Ukraynaya kompensasiya kreditləri vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin həlli ilə bağlı razılığa gəliblər.
Crossmedia.az "Politico" nəşrinə istinadən xəbər verir.
Belçika Avropa Komissiyasına Ukraynaya 140 milyard avroluq kredit üçün hüquqi təklif irəli sürməyə icazə verəcək. Bu məbləğ Aİ tərəfindən Rusiyanın dövlət aktivlərindən istifadə etməklə iki-üç il ərzində hərbi ehtiyaclar üçün Kiyevə köçürülə bilər.
12:18 21.10.2025
Oxunuş sayı: 876