Paşinyan və Papa Fransisk Azərbaycan və Ermənistan arasında sülhü müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Roma Papası Fransisk Azərbaycan ilə Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Görüş zamanı tərəflər həmçinin humanitar məsələlərə də toxunublar.
Papa Fransisk bu istiqamətdə əldə olunan irəliləyişi alqışlayaraq, regionda sülhün bərqərar olmasının əməkdaşlıq və sabitliyin yeni mərhələsinə yol açacağına ümid etdiyini bildirib.
Nikol Paşinyan isə Ermənistan hökumətinin ölkənin rifahı, eləcə də regionun davamlı inkişafı naminə sülh gündəliyinə sadiq qaldığını vurğulayıb.
Xumar Emilqızı
17:39 20.10.2025
Oxunuş sayı: 818