Peskov Budapeştin Tramp və Putin görüşü üçün seçilməsini izah etdi

ABŞ prezidenti Donald Tramp və onun Rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi gözlənilən görüş diqqət mərkəzindədir. Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov bildirib ki, görüş üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinin seçilməsi münasib olub.
Onun sözlərinə görə, “Orbanla Prezident Tramp arasında kifayət qədər isti münasibətlər var, həmçinin Prezident Putinlə çox konstruktiv əlaqələr mövcuddur. Bu, son telefon danışığı zamanı əldə olunmuş anlaşmaya çox kömək edib”.
Crossmedia.az bildirir ki, Peskov bu açıqlamanı Tramp və Putin arasında planlaşdırılan görüşün kontekstində verib və vurğulayıb ki, hər iki tərəfin lideri Macarıstanın başkəndində görüşmək üçün əlverişli şərait görür.
14:53 20.10.2025
Oxunuş sayı: 1158