Pakistanın JF-17 Thunder Block-III qırıcıları Azərbaycana gəlib

Oktyabrın 19-da Pakistan Hərbi Hava Qüvvələrinin ən yeni nəsil JF-17 Thunder Block-III qırıcılarından ibarət kontingenti Azərbaycana gəlib. Qırıcılar, eləcə də təcrübəli uçuş və texniki heyət ikitərəfli aviasiya təlimlərində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki,Pakistan Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarələr Pakistandan Azərbaycana aralıq eniş etmədən uçuş həyata keçiriblər və havada yanacaq doldurma əməliyyatını uğurla icra ediblər.
Bu əməliyyat IL-78 hava tankeri vasitəsilə yüksək dəqiqliklə yerinə yetirilib. Hadisə Pakistan Hərbi Hava Qüvvələrinin uzunmənzilli əməliyyat qabiliyyətini və ekipajların beynəlxalq missiyalara yüksək hazırlıq səviyyəsini nümayiş etdirib.
Nastya Qəniyeva
12:59 20.10.2025
Oxunuş sayı: 1041