Zelenski: Tramp faktiki olaraq Putinə daha bir şans verir

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Rusiya ilə müharibənin potensial sonuna yaxınlaşıb. Onun sözlərinə görə, bu, ilk növbədə ABŞ prezidenti Donald Trampın səyləri sayəsində mümkün olub.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenski Rusiyanın Donbasla bağlı tələblərini də şərh edib:
"Geri çəkilmə olmayacaq. Əgər Ukrayna ona ‘boğazdan aşağı endirilməyə’ çalışılan – pis ərazi qərarını udsa, o zaman qalan məsələləri də bizsiz həll etməyə cəhd göstərəcəklər.”
Prezident əlavə edib ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır, lakin Budapeşti bu proses üçün ən uyğun yer hesab etmir.
Fidan Quliyeva
12:11 20.10.2025
Oxunuş sayı: 1086