İsrail və HƏMAS arasında atəşkəs pozuldu

Qəzza zolağında yenidən gərginlik yaşanır.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri bildirib.
Bölgədə 6 İsrail əsgəri hədəf alınıb, nəticədə 2-si ölüb, 4-ü yaralanıb.
İsrail tərəfi hadisədən sonra HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib. Kanal 12-nin məlumatına görə, hökumət Qəzzada əməliyyatların bərpasını müzakirə edir.
HƏMAS isə cavabında atəşkəsi ilk pozanın İsrail olduğunu açıqlayıb.
İsrail Baş naziri Benyamin Netanyahu hazırda ordu komandanlığı ilə təcili danışıqlar aparır.
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib.
Bundan əlavə, İsrail hökuməti “Dəmir Qılınclar” əməliyyatının adının “Dirçəliş Müharibəsi” ilə əvəzlənməsini təsdiqləyib.
Netanyahu bildirib ki, “HƏMAS təslim olmalı, özünü buraxmalı və bütün cəsədləri geri qaytarmalıdır, əks halda məhv ediləcək".
Xumar Emilqızı
18:09 19.10.2025
Oxunuş sayı: 839