Rusiya ilə danışıqlara hazırlaşan Tramp administrasiyası Ukraynaya təzyiqi artırır

Ağ Ev Moskva əleyhinə sanksiyaların sərtləşdirilməsində ehtiyatlı davranır.
Crossmedia.az "The Wall Street" Journal nəşrinə istinadən xəbər verir.
ABŞ Dövlət katibinin Avropa üzrə keçmiş katibinin köməkçisi Daniel Frid bildirib ki, Vaşinqtonun Rusiyaya qarşı iqtisadi və hərbi təzyiqi gücləndirmək üçün alətləri olsa da, onlardan istifadə edilmir.
Məlumatlara görə, Ukrayna hazırda diplomatik təzyiq altındadır. Bu, Zelenskinin ABŞ-yə səfəri zamanı da hiss olunub — o, uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsi ilə bağlı vəd almayıb.
Günel Verdiyeva
14:06 19.10.2025
Oxunuş sayı: 979