Aktau yaxınlığında AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.
13:11 18.10.2025
Oxunuş sayı: 1250