Dudakov: Avropa elitaları Putin və Trampın Budapeştdəki görüşünü pozmağa cəhd göstərə bilər

Avropa elitaları Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə planlaşdırılan görüşü pozmağa cəhd göstərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə amerikaşünas ekspert Malek Dudakov TASS agentliyinə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, Avropadakı müəyyən siyasi dairələr “şərqdən gələn təhlükə” anlayışını şişirdərək seçicilər üzərində nəzarəti saxlamaq və hakimiyyəti qorumaq niyyətindədir.
“Avropanın bəzi qüvvələri üçün Rusiya ilə dialoqun bərpası arzuolunmazdır. Onlar gərginliyin davam etməsində maraqlıdırlar, çünki bu, həm daxili siyasətdə, həm də ictimai rəyi yönləndirməkdə onlara üstünlük verir,” – Dudakov qeyd edib.
Fatimə
10:10 18.10.2025
Oxunuş sayı: 1214