Rusiya Suriya ordusunu yenidən qruplaşdıracaq

Rusiya Suriya ordusunu yenidən qruplaşdıracaq. Bu dəfə pulsuz deyil, öz pulu ilə olacaq və səudiyyəlilər ödəyəcəklər.
Crossmedia.az xəbər verir ki, bu Suriya və Rusiya arasında Moskva anlaşmasında öz əksini tapıb.
Moskva anlaşmasına görə, Rusiyanın hərbi bazaları yerində qalacaq Rusiya Suriyaya benzin, dizel və taxılı bazar qiymətindən aşağı verəcək.
Rusiya və Suriya Hama və Humsda iki fabrika inşa edəcək. Fabrikaların nə olduğu bəlli deyil. Rusiya ordusu SDF-in nəzarət etdiyi ərazilərdə patrul fəaliyyətini bərpa edəcək. İsraillə təmas zonasında Rusiya qoşunlarının yerləşdirilməsi məsələsini Moskva özü İsrail ilə müzakirə edəcək.
🔸 Rusiya orada patrul fəaliyyətinə razılıq verib. Rusiya Suriyanı Qərb tərəfində embarqoda olan tikinti materialları ilə təmin edəcək. Rusiya Suriyaya enerji infrastrukturunun bərpasında yardım edəcək. Əsəd dövründə Rusiyada saxlanılan 60 milyon dollar Suriya büdcəsinə köçürüləcək. Rusiya bazaları Afrika üçün logistik olaraq fəaliyyətə davam edəcək.
- KİV
12:47 17.10.2025
Oxunuş sayı: 1347