Yeni çağın təhlükəli sosial fenomeni: Anomiya

Sosial medianın həyatımıza təsirinin artdığı bu dövr, cəmiyyətin müxtəlif sahələrində böyük dəyişikliklərə yol açıb. Ən nəzərəçarpan dəyişikliklərdən biri isə anomiya anlayışının daha geniş yayılmasıdır. Elmi ədəbiyyata sosiologiya elminin banilərindən biri olan Émile Durkheim tərəfindən qazandırılan anomiya, sosial qaydaların zəifləməsi və ya pozulması nəticəsində insanların özlərini istiqamətsiz və yad hiss etmələrinə səbəb olan bir sosial fenomen kimi tərif olunur. Bu vəziyyət, cəmiyyətin mənəvi və sosial strukturunun pozulmasına yol açır, insanların öz həyatlarını və dünyagörüşlərini anlamalarına mane olur.
Sosial
mediada yayılan uşaq istismarı xəbərləri, izləyici qazanmaq məqsədilə bu
mövzuların daha çox müzakirə olunması, istismarı normallaşdırmaq və şiddətini
artırmaq kimi nəticələrə yol açır. Bu cür xəbərlər, istismar hadisələrini daha
detallı və qorxuducu şəkildə təqdim etməklə insanların diqqətini çəkir və bəzi
hallarda bu cür mövzuların müzakirə edilməsi cəmiyyətdə zorakılıq hallarına qarşı
həssaslığı azaldır. Eyni zamanda, cinayətlərlə məşğul olan məşhurların sosial şəbəkələrdə
müdafiə olunması və onların fəaliyyətlərinin cəmiyyətdə daha az qınanması
anomiya əlamətidir. Belə yanaşmalar, cəmiyyətdə “bu cür hərəkətlər”in normal qəbul
edilməsinə səbəb olur. Ailədaxili mübahisələrin və aldadılma hallarının açıq şəkildə
paylaşılması da, şiddət və münasibət problemlərinin daha geniş şəkildə qəbul
edilməsinə gətirib çıxarır. Həmçinin, TikTok və digər platformalarda yayılan
cinsi məzmunlu və etik olmayan paylaşımlar, gəncləri sərhədsiz və yanlış
davranışlara təşviq edir. Bu cür hallar, anomiyanın cəmiyyətdəki təzahürləridir
və onun normal qəbul edilməsini asanlaşdırır.
Sosial
medianın gündəlik həyatda yaratdığı təsir, insanlar arasında əlaqə qurma tərzini,
informasiya qəbulunu və dünyagörüşünü fundamental şəkildə dəyişdirmişdir.
Xüsusilə rəqəmsal platformalarda yayılan xəbərlər, çox vaxt neqativ məzmunla zəngin
olur. Zorakılıq, irqçilik və sosial ədalətsizlik mövzularında yayılan məlumatlar,
cəmiyyətin mənəvi və sosial quruluşunu təhdid edir, çünki bu cür məlumatlar
insanlar arasında qeyri-müəyyənlik və gərginlik yaradır. Bununla yanaşı, sosial
medianın təbliğ etdiyi normlar cəmiyyətin ənənəvi əxlaq və etik dəyərləri ilə
ziddiyyət təşkil edir. Bu da gənclər və yeniyetmələr arasında anomiyanın
artmasına səbəb olur. Gənclər, cəmiyyətdəki qeyri-müəyyən qaydalara qarşı özlərini
yönsüz və aidiyyətsiz hiss etməyə başlayır. Onlar, sosial şəbəkələrdə yayılan
“ideal” həyat tərzini izləyərək, özlərinin bu həyatda yerini tapmaqda çətinlik
çəkirlər. Sosial şəbəkələrdə yayılan zorakılıq və təhqirə əsaslanan mesajlar isə,
xüsusilə gənclərin psixoloji vəziyyətinə mənfi təsir edir və “normsuzluq” vəziyyəti
yaradır. Bu da real həyatda sosial problemlərin artmasına səbəb olur. Cinayətkarlıq
və intihar kimi hallar bu fenomenin nəticəsidir.
Sosial
medianın alqoritmləri, xüsusilə yeniyetmələr və gənclər üçün zərərli və
qeyri-adi davranışları ön plana çıxarır, təhqir və təcavüz məzmunlu məlumatlar
isə cəmiyyətin mənəvi strukturunu pozur. Bu fenomenin digər bir nəticəsi isə
sosial şəbəkələr vasitəsilə təqdim olunan “ideal həyat tərzi”nin insanları həqiqi
dünyadan uzaqlaşdırmasıdır. Bu təbliğ olunan həyat tərzi, real həyatda sosial
münasibətləri gücləndirmək əvəzinə, cəmiyyətin hərəkət qaydalarını və dəyərlərini
zərərli şəkildə dəyişdirir. İnsanlar, real dünyadakı əxlaqi dəyərləri, münasibətləri
və davranış qaydalarını sosial medianın təqdim etdiyi təhrif olunmuş görüntülərlə
müqayisə edərək, özlərini daha çox itib. Beləliklə, sosial medianın insan
psixologiyasına və davranışlarına təsiri əhəmiyyətli dərəcədə artmış olur.
Həmçinin,
bu dövrdə valideynlərin uşaqlarının rəqəmsal cihazlarla əlaqəsini idarə etmə tərzi
də bir problemə çevrilmişdir. Çox vaxt valideynlər uşaqlarını “sakitləşdirmək”
üçün daha körpəllik illərindən onları telefon və ya tabletə yönləndirirlər ki,
bu da uşaqların sosial bacarıqlarını və dil inkişafını mənfi təsir edir. Ekran
asılılığı və uzun müddət davam edən rəqəmsal cihaz istifadəsi, diqqət dağınıqliğı
və hiperaktivlik pozğunluğu kimi psixoloji problemlərə yol açır.
Valideynlərin bu cür yanaşması nəticəsində uşaqların sosial bacarıqları zəifləyir
və gələcəkdə bu uşaqların cəmiyyətə inteqrasiya olunması çətinləşir. Uşaqlar, rəqəmsal
dünyada çox vaxt keçirdikcə, real həyatın normal qaydalarından uzaqlaşır və
özünü fərqli şəkildə ifadə etməyə başlayır. Bu isə daha sonra anomiyanın
artmasına səbəb olur.
Cəmiyyətdə
anomiya anlayışının artmasında, yalnız sosial medianın deyil, ənənəvi media
olaraq hesab olunan televiziya kanallarında yayınlanan, bütün dəyərləri alt üst
edən və əksəriyyətin qınaq obyekti olan boş, mənasız, verilişlərində rolu da az deyil
.
Sonuç olaraq, anomiya, yalnız sosial medianın deyil, həm də ənənəvi media vasitələri, xüsusilə televiziya proqramlarının cəmiyyətə təsirinin nəticəsidir. Bu fenomenin qarşısını almaq üçün fərdlər və cəmiyyət kollektiv şəkildə daha çox diqqət və anlayış göstərməlidir. Anomik prosesi keçici bir mərhələ olaraq qəbul edib sosial qaydalardan uzaqlaşmadan yaşamalı və mənfi davranışlara qarşı mübarizə aparmalıyıq. Sosial şəbəkələrdə məlumatların doğruluğunu yoxlamadan paylaşmamalı, şiddət və təcavüz mövzularında ifadə tərzimizə diqqət etməliyik. Sosial mediada izlədiklərimiz və paylaşdıqlarımızda seçici davranmalı, mənfi təsir yaradan məzmunlardan qaçmalıyıq. Qəzəb və təcavüzlə bağlı problemlər yaşayan fərdlər mütəxəssis dəstəyi almalı və bu hissi düzgün şəkildə idarə etməyi öyrənməlidir. Həmçinin, anomiya ilə mübarizədə dövlət və cəmiyyətin rolu da önəmlidir; media yayımlarına davamlı təhlil yolu ilə nəzarət edilməsi, ailədə valideynlər və məktəbdə xüususi təlim proqramları vasitəsilə uşaqların rəqəmsal maariflənməsi, hüquqi tənzimləmələr və sosial proqramlar vasitəsilə anomiyanın qarşısı alınmalıdır. Bu məsələdə fərdlərin və bütövlükdə cəmiyyətin həssas yanaşması çox vacibdir.
Əbülfəz Süleymanlı
Türkiyənin Üsküdar Üniversitetinin sosiologiya kafedrasının müəllim, sosiologiya elmləri doktoru, professor
11:56 12.09.2025
Oxunuş sayı: 1193