Vətən müharibəsi şəhidinin anası vəfat edib

Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva vəfat edib.
Crossmedia.az xəbər verir ki, şəhid anası bu gün dünyasını dəyişib.
Rəsul Sadıqov 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, Rəsul Sadıqov "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
21:15 16.08.2025
Oxunuş sayı: 762