Putin: Alyaska səfəri vaxtında və faydalı oldu

Rusiya Prezidenti Vladimir Putinin ABŞ səfəri çərçivəsində Alyaskada baş tutan görüşün nəticələri barədə açıqlaması diqqət çəkib. Dövlət başçısı səfəri “vaxtında və faydalı” adlandıraraq Ukrayna böhranının həlli istiqamətində irəliləyişlərin əldə oluna biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Alyaska səfərini «vaxtında və olduqca faydalı» adlandırıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla aparılan danışıqlarda «Ukrayna böhranının ədalətli əsaslarla mümkün həlli» müzakirə edilib.
"Müharibənin səbəblərinin aradan qaldırılması nizamlanmanın əsasını təşkil etməlidir. Qeyd edim ki, baş tutmuş görüş bizə doğru qərarlara yaxınlaşmağa kömək edir",- deyə Vladimir Putin vurğulayıb.
Bənövşə Zahidli
22:15 16.08.2025
Oxunuş sayı: 786