Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıtda yol qəzası nəticəsində xəsarət alan piyada 9 gün sonra xəstəxanada ölüb.
Crossmedia.az
xəbər verir ki, hadisə avqustun 7-də şəhərin Koroğlu prospektində baş verib.
“Mercedes” markalı avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Mədinə Fehruz
qızı Nəbiyevanı vurub.
Ağır
xəsarətlər alan qadın paytaxt xəstəxanalarından birinə yerləşdirilsə də,
həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib.
Faktla
bağlı araşdırma aparılır.
20:00 16.08.2025
Oxunuş sayı: 1814