Meloni : Tramp Ukraynaya NATO-ya girmədən də təhlükəsizlik sözünü verdi

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasını dəstəkləyib, lakin bu, ölkənin Alyansa üzvlüyünü nəzərdə tutmur.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Meloninin sözlərinə görə, bu məsələ Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ankoricdə keçirilən görüşün “ən maraqlı xəbəri” olub.
Fatimə Məmmədova
21:45 16.08.2025
Oxunuş sayı: 796