Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Avstriyaya məğlub olub.
Crossmedia.az
xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Bakıda rəqibinə
müqavimət göstərə bilməyib.
Gənclər
və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə qonaqlar inamlı
qələbə qazanıblar - 3:0 (25:13, 25:12, 25:18).
Qeyd
edək ki, Azərbaycan yığması daha əvvəl iki oyunda Belçikaya və bir matçda
Avstriyaya 0:3 hesabı ilə uduzub.
19:34 16.08.2025
Oxunuş sayı: 765