KİV: Putin Trampa Ukraynanın Donetskdən çıxması şərtilə digər ərazilərdə cəbhəni dondurmağı təklif edib

Rusiya
lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Ukrayna
Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisini tərk etməsi şərti ilə
Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.
Crossmedia.az
xəbər verir ki, bu barədə BBC "Financial Times"a istinadən məlumat
yayıb.
Qeyd
olunur ki, bu, yeganə şərt deyil: Putinin münaqişənin əsas səbəbləri
adlandırılan amillərin aradan qaldırılması ilə bağlı digər əsas tələbləri də
yerinə yetirilməlidir.
Kreml
əsas səbəb kimi Ukraynada 2014-cü ildən formalaşmış siyasi sistemi, onun Avropa
İttifaqı və NATO-ya inteqrasiya istəyini və Ukrayna Silahlı Qüvvələrinin
güclənməsini adlandırır.
Tram
Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə telefon
danışıqlarında bu təklifi çatdırıb.
Rusiya
Donetsk vilayətinin təxminən 70%-ni tutur, qalan hissədə möhkəmləndiyi ərazilər
və logistika habları var.
20:57 16.08.2025
Oxunuş sayı: 1282