Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb

2024-cü
ilin sentyabrından 2025-ci ilin iyuluna qədər Qazaxıstan xarici ölkələrə taxıl
ekvivalentində 12,4 milyon ton taxıl və un ixrac edib ki, bu da 2023-2024-cü
ilin analoji dövrü ilə müqayisədə 34 faiz (9,3 milyon ton) çoxdur.
Crossmedia.az
xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Kənd Təsərrüfat Nazirliyinin mətbuat
xidməti məlumat yayıb. Məlumata görə xəbər verir ki, yeni məhsul olan taxıl və
unun Azərbaycana tədarükü 120 dəfə - 6 min tondan 723 min tona qədər artıb.
Qeyd
edilir ki, Qazaxıstanın taxıl tədarükçüləri Azərbaycan, Gürcüstan və Türkiyəyə
son 5 il ərzində dayandırılan ixracı bərpa ediblər.
18:40 02.08.2025
Oxunuş sayı: 663