Kofemaniya - Kofe dünyasının sirrləri
Fərqli dad,ad və zövqlər: Hamısı bir süjetdə
Bir fincan kofe, amma fərqli zövqlər, fərqli seçimlər və fərqli dadlar... Kimisi günə espresso ilə başlayır, kimisi latte olmadan səhərini təsəvvür etmir. Bəs eyni kofe dənələrindən bu qədər fərqli içki necə hazırlanır? Onları bir-birindən ayıran nədir?
Kofe menyusundakı adlar və çeşidlər təsadüfi deyil.
Kofe seçiminə dad, qiymət, yoxsa vərdişlər təsir edir? Baristaların gündəlik müşahidələri göstərir ki, hər kəsin kofedən gözləntisi eyni deyil.
Bir fincanda tünd və sərt dad axtaranlar da var, südün yumşaqlığını seçənlər də. Bəziləri üçün kofe günə başlamaq üçün bir vasitədir, digərləri üçünsə söhbətə, görüşə və istirahətə yoldaşlıq edən kiçik bir zövq.
Bəs insanlar niyə məhz həmin kofeni seçirlər? Bu seçimin arxasında hansı zövqlər və vərdişlər dayanır? Kofe dünyasına nəzər saldıq və həm baristanın, həm də müştərilərin fikirlərini öyrəndik.
Məhəbbət Tərlanoğlu
Nuray Oqtayqızı
16:24 16.10.2026
Oxunuş sayı: 99