Hesabat üzə çıxdı: COVİD əleyhinə peyvəndlər həyatı xilas etmirmiş - İnsanlar aldadılıb

COVID-19
pandemiyası dövründə tətbiq edilən peyvəndlərin gözlənildiyi qədər çox həyat
xilas etmədiyini iddia edən yeni hesabat gündəm yaradıb. Hesabatda bildirilir
ki, bəzi modellər əvvəlcə peyvəndlərin milyonlarla insanın həyatını xilas
etdiyini irəli sürsə də, son araşdırmalar bu rəqəmlərin şişirdilmiş ola biləcəyini
ortaya qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Araşdırma müəllifləri qeyd edir ki, xüsusilə 2021-ci ildən sonra peyvəndlənmiş şəxslər arasında ölüm hallarının gözləniləndən yüksək olduğu müşahidə edilib. Bu da, bəzi tədqiqatçılar tərəfindən peyvəndlərin effektivliyinə dair sualların artmasına səbəb olub.
Lakin digər beynəlxalq tədqiqatlar və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndlərin Avropa və dünya miqyasında milyonlarla insanın həyatını xilas etdiyini bildirir. Məsələn, ÜST-nin 2023-cü ilin sonuna qədər apardığı araşdırmaya görə, Avropa regionunda peyvəndlər təxminən 1,4 milyon insanın həyatını xilas edib.
Mütəxəssislər bildirir ki, müxtəlif hesabatlar arasında ziddiyyətlər olsa da, peyvəndlərin ağır xəstəlik hallarını və ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığı faktı dəyişmir. Bununla belə, bəzi ekspertlər peyvənd sonrası ölüm hallarının daha dərindən təhlil olunmasının vacibliyini vurğulayırlar.
Nigar
Rəhimova
20:45 26.07.2025
Oxunuş sayı: 1197