İranlı general: “ABŞ və İsrail Qərbi Asiyanı 50-60 hissəyə bölmək istəyir”

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı general Möhsün Rezai bölgədəki geosiyasi proseslərlə bağlı sərt açıqlamalar verib.
General bildirib ki, ABŞ və İsrail Qərbi Asiyada hökmranlıq qura bilsələr, regionun əsas dövlətləri – Səudiyyə Ərəbistanı və Türkiyəni zəiflədib sıradan çıxaracaqlar:
“Çox amansız olacaqlar və biz Qərbi Asiyanın 50-60 hissəyə bölündüyünü görəcəyik. Bu ölkələr tərksilah olunacaqlar”, – deyə o xəbərdarlıq edib.
Rezai həmçinin vurğulayıb ki, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, İran və Pakistan kimi dövlətlər əməkdaşlıq edərək öz qütblərini yaratmalıdırlar:
“Biz özümüz üçün qütb olmalıyıq. Çünki hamımızın ortaq cəhətləri çoxdur – dünyanın enerji mərkəzləriyik və əksəriyyətimiz müsəlmanıq”, – deyə general əlavə edib.
Onun sözlərinə görə, regional həmrəylik olmadan xarici təsirə qarşı durmaq mümkün olmayacaq.
12:09 09.07.2025
Oxunuş sayı: 743