ABŞ-ın SSN-800 Arkansas nüvə sualtı qayığı suya buraxılıb



ABŞ-ın HII korporasiyası 2 iyul tarixində Virginia tipli SSN-800 Arkansas adlı çoxməqsədli nüvə mühərrikli sualtı qayığın suya buraxıldığını elan edib. Tədbir korporasiyanın Nyuport-Nyus şəhərində yerləşən Newport News Shipbuilding gəmiqayırma zavodunda baş tutub.
SSN-800 Arkansas — Virginia tipli sualtı qayıqların 27-ci, həmçinin Block IV seriyasına aid olan 9-cu nümunəsidir. Bu, Newport News zavodunda inşa olunan 13-cü Virginia tipli sualtı qayıqdır.
Qeyd edək ki, gəminin sifarişi aprel 2014-cü ildə verilib, rəsmi təməlqoyma mərasimi isə 19 noyabr 2022-ci ildə keçirilib.
11:50 09.07.2025
Oxunuş sayı: 679