Netanyahu girovlarla bağlı danışıqları müzakirə etmək üçün kabineti topladı

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan girovların azad olunması ilə bağlı razılaşmanın şərtlərini və bu məqsədlə Qətərin paytaxtı Dohaya nümayəndə heyətinin göndərilməsini müzakirə etmək üçün dar tərkibli nazirlər kabinetinin iclasını çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlamasında İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
Mədinə Cəlilova
00:00 06.07.2025
Oxunuş sayı: 870