Çin ABŞ-a xəbərdarlıq etdi: İranın nüvə obyektlərini bombalamayın!

Müharibə İranın nüvə proqramı ətrafında problemi həll etməyəcək. Bunu Çinin xarici işlər naziri Van Yi fransalı həmkarı Jan-Noel Barro ilə birgə mətbuat konfransında deyib.
"ABŞ-ın suveren dövlətin nüvə obyektlərini bombalaması nüvə fəlakətinə gətirib çıxara bilər ki, bunun bədəlini bütün dünya ödəyəcək", - deyə o bildirib.
08:50 05.07.2025
Oxunuş sayı: 1002