İstanbul razılaşmasından sonra Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi

Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda əldə edilən razılaşmalar əsasında yeni əsir mübadiləsi həyata keçirilib. Mübadilə həm hərbçi, həm də mülki şəxsləri əhatə edib.
Crossmedia.az xəbər edir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram üzərindən açıqlama verib. Paylaşıma görə, müxtəlif bölgələrdə əsir düşmüş Ukraynalı əsgərlər, o cümlədən 2022-ci ildən bəri əsirlikdə olanlar, ölkəyə qaytarılıb. Onların arasında mülki şəxslər də var.
Zelenski, əsir mübadilələrinin davam etməli olduğunu və bu prosesi təmin edən hər kəsə təşəkkür etdiyini qeyd edib.
Rusiya Müdafiə Nazirliyi də razılaşmanı təsdiqləyərək, Kiyevin nəzarətindəki ərazilərdən bir qrup rus hərbçisinin geri alındığını açıqlayıb. Həmin şəxslərin Belarusda olduğu və Rusiyaya qaytarılacağı bildirilib.
Əsir mübadiləsində iştirak edən şəxslərin sayı açıqlanmayıb.
Xatırladaq ki, İstanbul görüşündə tərəflər:
6 min Ukrayna əsgərinin cəsədlərinin təhvil verilməsi,
Ağır yaralı və 25 yaşdan aşağı əsir hərbçilərin dəyişdirilməsi barədə razılıq əldə etmişdi.
Bu razılaşmalar əsasında 9, 10, 12, 14, 19, 20 və 26 iyun tarixlərində mərhələli mübadilələr baş tutmuşdu.
Mədinə Cəlilova
21:05 04.07.2025
Oxunuş sayı: 802