İsrail ordusu İran təhdidinə qarşı yeni plan hazırlayır

İsrail Müdafiə Nazirliyi İranın hərbi imkanlarının bərpasının qarşısını almaq məqsədilə yeni plan hazırladığını açıqlayıb. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz çıxışında məlumat verib.
Crossmedia.az xəbər verir ki, Katz İranın 12 günlük müharibə zamanı itirdiyi gücü yenidən əldə etməsinin qarşısını almaq üçün ordunun həm kəşfiyyat, həm də hücum imkanlarını artırmalı olduğunu vurğulayıb. O bildirib ki, İsrailin milli təhlükəsizliyini qorumaq məqsədilə preventiv tədbirlər planlaşdırılır və İranın Təl-Əvivi yenidən təhdid edə bilməsi ehtimalı ciddi şəkildə nəzərdən keçirilir.
Qeyd edək ki, İran və İsrail arasında baş vermiş 12 günlük müharibə iyunun 24-də atəşkəslə başa çatıb. Münaqişə zamanı hər iki tərəf bir sıra strateji və hərbi obyektlərə qarşı hücumlar həyata keçirmiş, bölgədə gərginlik artmışdı. İsrail tərəfi müharibədən sonra da təhlükənin tam aradan qalxmadığını hesab edir və bu səbəbdən yeni təhlükəsizlik strategiyası üzərində işləyir.
18:09 04.07.2025
Oxunuş sayı: 780